Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşüb tapşırıqlar verdi - FOTO

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində (TAM) və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub. Bu barədə Avtosfer.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ş.Bağırov Ticarətin Asanalaşdırılması Mərkəzində gömrük əməliyyatlarının və tətbiq olunan digər xidmətlərin icrası proseslərini izləyib, işlərin daha da intensivləşdirilməsi, yubadılmalara yol verilməməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, yük nəqliyyat vasitələrinin sürücüləri ilə görüşərək onların fikir və rəylərini dinləyib.
Daha sonra “Qırmızı Körpü” gömrük postunda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Ş.Bağırov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının daha da asanlaşdırılması və təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, xüsusilə beynəlxlaq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI












