Saxta polkovnik Türkiyədə bu məmuru da aldadıbmış... - VİDEO

Özünü FHN polkovniki kimi təqdim edərək Türkiyədə Marmaris Bələdiyyəsinin sədri Mehmet Oktayla görüşən Rasim Əhmədli ötən ilin noyabrından beynəlxalq axtarışa verilib.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən xəbərinə görə, özünü ötən il Türkiyədə baş vermiş yanğınların söndürülməsində böyük şücaət göstərmiş kimi qələmə verən Rasimin qardaş ölkədə daha bir məmuru aldatdığı üzə çıxıb.
Belə ki, əvvəllər Cinayət Məcəlləsinin 178 (dələduzluq), 221 (Xuliqanlıq) 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum olunmuş Rasim Əhmədli, ötən ilin avqust ayında Bursa Böyükşəhər Bələdiyyəsinin başqanı Alinur Aktaşla görüşüb və özünü yenə FHN-in polkovniki kimi təqdim edərək, ona hədiyyə də verib. Axtarışda olan Rasim, bələdiyyənin kanalına müsahibəsində yanğınların söndürülməsi zamanı dronları idarə etdiyini bildirərək yalan danışıb.
Bu arada DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Rasimin əməlləri ilə bağlı maraqlı şərhi ilə diqqət çəkib.
“Ona kim salam veribsə, aldadıb. Kim inanıbsa, zərər çəkib. Dələduzlara xas olan bütün ritual qaydalara da ciddi əməl edib” - deyə qurum rəsmisi bildirib.
Qeyd edək ki, FHN də həmin şəxsin nazirlikdə işləmədiyini açıqlayıb.
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Sumqayıtın ən təhlükəli yolu – Bu küçədə sürət limitinə əməl edilmir - VİDEO
Sənaye məqsədilə sudan istifadə qiymətlərindəki dəyişiklik kimlərə şamil ediləcək? - İQTİSADÇI
Maştağa-Zabrat yolunda qəzalar niyə artıb? - EKSPERT










