Səfərbərlik Xidmətinin paylaşımı təəccübləndirdi: Yeni müharibə başlayır? – FOTO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sosial şəbəkə hesablarındakı paylaşımı diqqət çəkib.
Avtosfer.az xəbər verir ki, paylaşımda “Azərbaycan əsgəri, sənə zirvə yaraşır” sözləri qeyd edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyevin şərti sərhəd istiqamətində dislokasiya olunan bölmələrin hazırlığını yoxlamasından sonra bu paylaşımın edilməsi müzakirələrə səbəb olub.
Paylaşımın Azərbaycan Ordusunun sentyabr ayında keçirdiyi uğurlu əməliyyatları xatırlatmaq səbəbindən edildiyi ehtimal olunur.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi davam edir. Bir qədər əvvəl iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə imzalanıb.

Mənbə: “Globalinfo”
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı













