Səhər saatlarında avtobuslar niyə gözə dəyməyib? - AYNA açıqlama verdi

Bu gün səhər saatlarında 20-ci Sahədən Azneft dairəsi və əks istiqamətdə hərəkət etməli olan 5 nömrəli xətt avtobuslarının xətdən çıxdığı iddia olunub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə şikayət paylaşılıb.
Qeyd olunub ki, 20-ci Sahə adlanan ərazidəki və Əl Oyunları Sarayının qarşısındakı dayanacaqlarda saat 7:35-8:50 aralığında 5 nömrəli xətt avtobusları gözə dəyməyib. Nəticədə sərnişinlər yolda qalıblar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, sözügedən ərazidən 5 və 6 nömrəli avtobuslar keçir.
"Öncədən verdiyimiz məlumatda da qeyd etdiyimiz kimi, 20-ci Sahədən 5, Salyan şosesindən 6 nömrəli xətt avtobusları hərəkət edir. Hər iki marşrut üzrə beş avtobus fəaliyyət göstərib.
5 nömrəli avtobus marşrutu iki istiqamət üzrə xidmət göstərir. Birinci istiqamət metronun "Nəriman Nərimanov" stansiyası - Süleyman Rəhimov küçəsini, ikinci istiqamət Salyan şosesi - Bibiheybət məscidi - Bakı Funikulyorunu (Bəhram Gur heykəli) əhatə edir.
6 nömrəli avtobus marşrutu iki istiqamətdə fəaliyyət göstərir. Birinci istiqamət metronun "Azadlıq Prospekti" stansiyası - Axundov bağını, ikinci istiqamət 20-ci Sahə - Bəhram Gur heykəlini əhatə edir", - deyə T.Orucov bildirib.
Xatırladaq ki, "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən paytaxtın bir sıra yollarında nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcəyi ilə bağlı AYNA tərəfindən məlumat verilmişdi.
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR











