Şəhid Fərid Quliyevlə vida mərasimi keçirilir - FOTO - VİDEO

Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbə sakini, 2003-cü il təvəllüdlü şəhid Fərid Vahid oğlu Quliyevin nəşi Bakıya gətirilərək ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Evin tək oğlu olan Fərid uşaq yaşlarından vətənpərvər ruhda böyüyüb. Qonşuları, qohumları Fəridin tərbiyəli, ədəb-ərkanlı oğlan olduğunu deyirlər. Fərid Quliyev 166 nömrəli məktəb-liseydə təhsil alıb.
Bibisi oğlu Ələsgərov Vasif Oxu.Az-a açıqlamasında bildirib ki, Fərid komandoda xidmət edib:
“Orta təhsilli idi. Təhsilini başa vurduqdan sonra birbaşa həqiqi hərbi xidmətə yollanıb. Sonuncu dəfə ailəsi ilə iki ay əvvəl görüşüb. Hər şeyin yaxşı olduğunu deyib. İrəli getdiyi barədə bizə məlumat verməmişdi”.
Fəridin şəhadət xəbərini ailəsinə hərbi komissarlıqdan veriblər. Bibisi oğlu deyir ki, sentyabrın 13-ü səhər saatlarında zəng gəldi:
“Dedilər ki, Fərid şəhid olub. Gəncəyə gətirdilər. Atası getdi nəşini gətirməyə. Nə deyə bilərik, Vətən sağ olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
Qeyd edək ki, Fərid Quliyev Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olub.
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











