Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib – FOTO

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan 2003-cü il təvəllüdlü Nihat Verdiyev Gəncədə dəfn edilib.
Apa xəbər verir ki, şəhidin nəşi əvvəlcə Gəncədə Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib, daha sonra şəhərin Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.
Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirib.
Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










