Şəhid valideynləri və qazilər üçün görüş yeri və xatirə guşəsi açıldı - Daşkəsəndə - FOTO

Avqustun 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Daşkəsən Şəhidlər Xiyabanında yeni tikilmiş şəhid ailələri və qazilər üçün görüş yerinin və Daşkəsən Şəhidlərinin xatirə guşəsinin izdihamlı açılışı olub.
Açılışda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, millət vəkili Eşlad Mirbəşiroğlu, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Tahir Abbasov, rayonun hüquq-mühafizə orqanları, idarə və xidmət sahələrinin rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, ziyalılar, ağsaqqallar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsinin yad edilməsi, Hərbi orkestrinin ifasında Dövlət Himnimizin səsləndirilməsi və şəhid məzarlarına gül dəstələrinin düzülməsi ilə başlanan açılış mərasimində icra başçısı Əhəd Abıyev çıxış edib. O, deyib ki, şəhidlər Azərbaycanın ərazi bütövlüyü, Vətənin gələcəyi uğrunda qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə yüksəliblər: “Şəhidlərimizin əziz xatirəsi bizim qəlbimizdə həmişə əbədi olaraq yaşayacaq. Daşkəsənin şəhid ailələrinə və qazilərinə hər zaman göstərdikləri diqqət və qayğıya görə ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya siz şəhid ailələri və bütün daşkəsənlilər adından bir daha da dərin ehtiramla minnətdarlığımızı bildiririk.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi, xilaskar liderliyi, qətiyyətli uğurlu siyasəti ilə təkcə hərb meydanlarında olan qələbəsi ilə deyil, həm də informasiya müharibəsində - bütün cəbhələrdə qalib gəldi, illərlə erməni vəhşiliyinə göz yumanlara Azərbaycanın öz ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına uyğun olaraq müdafiə etməsini, Qarabağın bərpa olunmasını, xilaskar lider kimi dünyaya əsl, real həqiqətləri qəbul etdirməyə nail oldu. O cümlədən əsgər və zabitlərimizin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı Vətən müharibəsində düşmən üzərində inamlı qələbə ilə nəticələndi; Ermənistan ordusu darmadağın edildi, 30 il işğal altında qalan torpaqlarımız cəmi 44 günə geri alındı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Bu ilin avqustun 3-də ordumuz Qarabağda uğurlu "Qisas" əməliyyatı başlatdı. Öz hədəflərinə çatan "Qisas" əməliyyatı təxribatçılara qarşı təsirli cəza tədbiri idi. “Qisas” əməliyyatı bütün dünyaya bir daha əyani sübut etdi ki, Prezidentimiz cənab İlham Əliyevin Dəmir yumruğu hər zaman yerindədir və heç kim də bunu unutmamalıdır. Belə ki, ölkə başçımız cənab İlham Əliyev bu əməliyyatını belə izah etmişdir: "Qisas" əməliyyatı Ermənistana bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz…"
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin bütün ərazi, bölgələrində olduğu kimi, Daşkəsən rayonunda da hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçılarına xüsusi diqqətlə qayğı göstərilir, problemləri öyrənilir, onların həlli üçün aidiyyəti qurumlarla birlikdə əməli tədbirlər həyata keçirilir. Şəhid ailələrinə, müharibə veteranlarına Prezident təqaüdünün verilməsi, onların evlə, maşınla təmin olunması və digər imtiyazlar, həmçinin indi sizlərlə iştirakçısı olduğumuz Daşkəsən Şəhidlərinin əziz xatirəsinə həsr olunan bugünkü açılışlar da buna əyani sübutdur”.
Çıxış edən millət vəkili Elşad Mirbəşiroğlu Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının qələbə sevincini yaşadığını və xalqımızın şəhidləri ilə hər zaman qürur duyduğunu vurğulayıb.
QMİ-nin qazilər şurasının üzvü Hacı Tahir Abbasov isə ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə daima qayğı göstərildiyini, həmçinin Daşkəsən Şəhidlər Xiyabanında istifadəyə verilən yeni tikilinin və guşənin də bu amala xidmət göstərdiyini deyib.
Şəhid ataları Etibar Cəfərov, İlham Cabbarov, şəhid anaları Kifayət Haxverdiyeva, Qızbəs Abbasova, qazilər adından Ceyhun Əliyev çıxış edərək onlara hər zaman göstərilən həssas münasibətə, yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
İcra başçısı Əhəd Abıyev sonra şəhid valideynləri ilə çay süfrəsi arxasında görüş keçirib, onlarla söhbət edib, bir daha da qayğıları ilə maraqlanıb.
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA


































