Səhiyyə Nazirliyində nə baş verir? - Qənirə Ataşovadan ŞOK SÖZLƏR

"Azərbaycan səhiyyəsi daha bir diplomsuz rəhbərdən xilas oldu. Pərviz Abubəkirov uzun illər tutduğu Səhiyyə Nazirliyinin mətbuat katibi vəzifəsindən ayrıldı. Bu qərara görə yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramova peşəkar media nümayəndələri adından dərin təşəkkürümü bildirirəm".
Avtosfer.az xəbər verir ki, bunu ABŞ-də yaşayan tanınmış jurnalist Qənirə Ataşova sosial media hesabında yazıb. O bildirib ki, Pərviz Abubəkirovun bu vəzifəyə gəlişindən sonra media ilə Səhiyyə Nazirliyi arasında dərin uçurum yaranmışdı:
"Suallarına cavab ala bilməyən jurnalistlər həmin cavabları xəstəxanalarda, birbaşa həkimlərdən axtarmağa məcbur qalmışdılar.
Nəticədə mətbuat katibinin üzərinə düşən işi həkimlər görməli olurdular, bu isə media, cəmiyyət və tibb işçiləri arasında əlavə gərginlik yaradırdı.
Halbuki həkimin vəzifəsi nazirliyin mətbuat katibini əvəz etmək deyil. Səhiyyə siyasəti, sistemdəki problemlər və ictimai əhəmiyyətli məsələlərlə bağlı rəsmi açıqlamaları vermək məhz nazirliyin məsuliyyətidir.
Mənim qənaətimcə, Pərviz Abubəkirovun rəhbərliyi dövründə bu kommunikasiya sistemi faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Suallara cavab vermək əvəzinə susmaq üstün tutulurdu. Nəticədə də nazir Teymur Musayev nüfuzunu itirdi və postunu tərk etmək məcburiyyətində qaldı".
Jurnalist iddia edib ki, P.Abubəkirovun diplomu olmayıb:
"Bir daha xatırladım ki, Pərviz Abubəkirovun ali təhsili yox idi. Sonradan saxta diplom tapa da bilər. Mən onun özünün müəllifi olduğu bir məqaləyə belə rast gəlməmişəm. Onu televiziya mühitindən kriminal xəbərlərin həftəlik montajını hazırlayan əməkdaş kimi tanıyıram. ANS-də montajçı kimi çalışırdı.
Əsas sual isə budur: müvafiq təhsili və peşə hazırlığı olmayan şəxs belə məsuliyyətli dövlət vəzifəsinə necə təyin edilə bilər? Bəs onu təyin edənlərin məsuliyyəti haradadır? Ümid edirəm ki, Azərbaycan səhiyyəsində başlayan dəyişikliklər davam edəcək".
Xatırladaq ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov vəzifəsindən ayrılıb. O bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT
Avtobus parkının yenilənməsi gediş haqqını bahalaşdıracaq?
Maşınla işə gedənlərin NƏZƏRİNƏ!
Bakıda sıxlıq olan yollar AÇIQLANIB
Problemli kreditlərin artmasının arxasında hansı səbəblər dayanır? – İqtisadçıdan AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində Hindistanın rolu nə ola bilər? – POLİTOLOQ
Bank kartlarındakı pulları dələduzlardan necə qorumaq olar? – XƏBƏRDARLIQ
Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
Azərbaycanda avtomobil yollarının rəqəmsal xəritəsinin yenilənməsinə ehtiyac var? – ARAŞDIRMA
Skuter sürmək qadağan oluna bilər? – Ekspertdən XƏBƏRDARLIQ – VİDEO
Metro, avtobus və taksilərlə bağlı nə baş verəcək? – AÇIQLAMA












