Sənədsiz evlərlə bağlı əhaliyə MÜHÜM XƏBƏR

Ölkəmizdə sənədsiz evlərin sənədləşdirilməsi necə reallaşa bilər? Ümumiyyətlə sənədsiz mənzil sahibləri hansı dövlət qurumlarına müraciət etməlidir? Bu problemin həlli yolları nədir?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “referans.az”a açıqlama verib. O bildirib ki, ölkəmizdə artıq müəyyən müddətdir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müzakirələr aparılır. Hal – hazırda bu proses davam etməkdədir. Problemin həlli istiqamətində müxtəlif vaxtlarda Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının qanunun 8- ci maddəsinə dəfələrlə dəyişikliklər edilib. Lakin bu dəyişikliklər sənədsiz evlərlə bağlı problemləri köklü şəkildə tam həll edə bilməyib.
Mütəxəssis hesab edir ki, problemin kökündən həll olunması üçün mütləq şəkildə vahid bir platforma və konsepsiya çərçivəsində iş görülməlidir. Bu məsələ ilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti Ədliyyə nazirliyi ilə birlikdə əməkdaşlıq edir. Nəticədə elektron informasiya sistemi yaradılır. Deyə bilərəm ki, bu istiqamətdə işlər artıq yekunlaşmaq üzrədir. Hesab edirəm ki, elektron informasiya sistemi hazırlandıqdan və digər texniki məsələlər tam başa çatdıqdan sonra problemin həlli ilə bağlı qərar öz həllini tapacaq.
Ramil Osmanlı hesab edir ki, problem vahid qaydada həll olunmalıdır. Necə ki, çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi, qeyri- yaşayış obyektlərinin qeydiyyatı ilə bağlı istismar qaydalarının sadələşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müxtəlif Sərəncamları olub. Ona görə hesab edirəm ki, bu məsələnin də həlli bu şəkildə həyata keçirilə bilər.
Ekspert sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tezis formasında təkliflərindən də danışıb. O vurğulayıb ki, mühafizə zolaqlarına, aktiv mədən ərazilərinə və vulkanik ərazilərdə yerləşən bütün tikinti obyektləri istisna olmaqla digər bütün fərdi yaşayış obyektlərinin sənədləşdirilməsi bu məsələnin həlli ilə bağlı proqram çərçivəsində tapa bilər.
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT










