Sentyabrın 15-də avtobuslarda gediş haqqı artırılacaq? - Məsələyə aydınlıq gətirilib - VİDEO

"Hazırda şirkətimiz gündəlik 40000 manat ziyanla işləyir".
Avtosfer.az xəbər verir ki, bu sözləri xəzər xəbər-ə sərnişindaşıma ilə məşğul olan sahibkar deyib.
Sərnişindaşıyanlar narazılıq edirlər. Deyirlər ki, pandemiyadan sonra yaranan vəziyyət onları çıxılmaz vəziyyətdə qoyub. Maliyyə baxımından çətinlikləri var. Avtobusların ehtiyat hissələri isə 2-3 dəfə baha qiymətə satılır:
"Qarajda təmir səbəbindən saxlanılan çoxlu sayda avtobus var. Maddi durum onları təmir etməyə imkan vermir. Ehtiyac olduğuna görə 16-17 avtobus təmir edib xəttə buraxırıq. Günü-gündən vəziyyətimiz pisləşir. Bu cür davam edərsə, şirkət iflasa uğrayacaq".
Daşıyıcı şirkətlərin rəhbərləri çıxış yolunu qiymət artımına getməkdə görürlər. Təbii ki, buna qərarı tarif (qiymət) şurası verir.
Yaxın günlərdə yeni tədris ilinin başlanacağını nəzərə alsaq, bu zaman ictimai nəqliyyata tələb birə-beş artacaq. Bəs indiki məqamda Bakı Nəqliyyat Agentliyi (BNA) nə düşünür?
Məsələ ilə bağlı BNA-nın mətbuat katibi Mais Ağayev bildirdi ki, baş verənlərdən məlumatlıdırlar. Vəziyyət bu cür davam edərsə, sərnişindaşımada mənfi təsirlər gözləniləndir. Məsələni tənzimləmək üçün qurum tərəfindən yeni mexanizm hazırlanıb və yaxın vaxtlarda işə salınacaq. Bu model həm də şirkətlərin maliyyə dayanıqlığını təmin edəcək.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












