Azərbaycanda nəqliyyat sahəsində ciddi yeniliklər olacaq - VİDEO

Müntəzəm sərnişin daşımalarında gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sistemi yaradılacaq. Həmçinin, rayon və şəhərlərarası fəaliyyət göstərən avtobuslarda təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək.
Avtosfer.az xəbər verir ki, bütün bunlar ötən gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənən Yerüstü Nəqliyyat Agentliyinin nizamnaməsində yer alıb.
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, Yerüstü Nəqliyyat Agentliyi nəqliyyat sahəsində normativ hüquqi aktların, inkişaf konsepsiyalarının, strategiyaların, proqramların hazırlanması və həyata keçirilməsində iştirak edəcək.
Ekspert əlavə edib ki, sərnişindaşıma üzrə marşrutlarda istifadə olunacaq nəqliyyat vasitələrinin hərəkət cədvəlini, onlara dair tələbləri müəyyən etmək, avtobusların fəaliyyətini tənzimləmək məqsədilə mərkəzləşdirilmiş dispetçer xidməti yaratmaq da nizamnamədə əksini tapıb:
"Sənəddə qeyd edilib ki, sərnişindaşıma sektorunda gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminin yaradılması və idarə olunması ilə bağlı tədbirlərin həyata keçirilməsi də Agentliyin əsas fəaliyyət istiqamətlərindən olacaq. Amma yeniliklər bununla bitmir".
Elməddin Muradlı vurğulayıb ki, Agentlik avtonəqliyyat vasitələrinin reysqabağı texniki yoxlanışı, sürücülərin tibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görəcək və bu sahədə nəzarəti həyata keçirəcək.
Mövzu ilə bağlı daha ətraflı sujetdən izləyə bilərsiniz:
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












