Sərnişindaşıma şirkətləri və vətəndaşlar qarşı-qarşıya: Gediş haqqı artırılacaq? - FOTO

Sərnişindaşıma şirkətləri fərqli dövrlərdə yanacağın bahalaşması, müflisləşmə kimi səbəblərdən gediş haqqının qaldırılması tələbi ilə çıxış edirlər. Bir neçə gün öncə analoji hadisə təkrar yaşanıb. Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən sərnişindaşıma şirkətləri İqtisadiyyat Nazirliyinə kollektiv müraciət ediblər.
Onlar gediş haqqının artırılmasını, dövlətin ictimai nəqliyyata dəstək verməsi yollarının nəzərdən keçirilməsini və yaranmış vəziyyəti müzakirə etmək üçün birgə görüşün təşkil edilməsini istəyiblər. Buna səbəb kimi son vaxtlar bahalaşmanın daşıyıcı şirkətləri çətin vəziyyətə salması göstərilib. Onlar pandemiyaya görə 2020-ci ildə sərnişindaşıma şirkətlərinə ayrılan 280 milyon manat vəsaitdən şirkətlərə heç bir yardım göstərilməməsindən şikayətləniblər. Bundan əlavə, yanvar və aprel aylarında qiymət artımı tələbi ilə Tarif Şurasına müraciət etdiklərini, lakin müraciətlərinin cavabsız qaldığını da bildiriblər.
Sərnişindaşıma şirkətlərini gediş haqqı narahat edirsə, vətəndaşların narahatlıqları və narazılıqları bundan da böyükdür. Günümüzdə ən çox müzakirə edilən məsələ yolların iflic vəziyyətdə olmasıdır. Metro və avtobuslardakı sıxlıq səbəbi ilə insanlar 15-20 dəqiqəlik yolu iki saata getməli olurlar. Mənzil başına çatmaq üçün saatlarla tıxacda qalırlar. Buna səbəb isə həm nəqliyyat vasitələrinin hərəkət qrafikinin tənzimlənməməsi, həm də Bakının yükünün artmasıdır.
Maraqlıdır, həm sərnişindaşıma, həm də vətəndaş narazılığının pik həddə olduğu bir dövrdə qiymət artımına gedilmə ehtimalı nə qədərdir?
Nəqliyyat eksperti Aslan Əsədov Oxu.Az-a açıqlamasında hazırkı dövrdə qiymət artımının doğru qərar olmayacağını deyib:
“Sonuncu dəfə Bakı Metropolitenində gediş haqqı 30 qəpik təyin edildi. Ondan sonra hər dörd-beş aydan bir məsələni gündəmə gətirirlər. Əslində, Tarif Şurasının şirkətlərin müraciətini necə qəbul edəcəyi göz önündədir. Fikrimcə, qiymət artımına gediləcək və artım təxminən 10-15 qəpik olacaq.
Burada səbəb həm şirkətlərin gəlirinin, həm də sərnişindaşımanın az olmasıdır. Sərnişindaşımanın az olmasının başlıca səbəbi isə tıxacdır. Avtobusların istifadə qaydalarına müntəzəm əməl olunmadığına görə sərnişindaşıma yüksək həddə çata bilmir. İnsanlar daim avtobus gözləyirlər, avtobus isə vaxtında gəlmir”.
Ekspert qiymət artımının insanlar arasında narazılığı artıracağını da diqqətə çatdırıb:
“Qiymət artımı həmişə vətəndaşları qayğılandırıb, onlarda aqressiya yaradıb. Ona görə də qiymət artımına gedilməməlidir. Müraciəti hansı iqtisadi əsaslandırma ilə dövlətə təqdim etdikləri bilinmir, açıqlamaya da bilərlər. Fikrimcə, yanacağın qiyməti əsas götürülüb, lakin avtobuslarda alternativ yanacaq sistemindən istifadə etmək mümkündür. Dünya praktikasında elektrikli avtobuslardan istifadə var. Təəssüf ki, bizim ölkəyə bunlar gətirilməyib, gətirilsə də, az saydadır”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










