Sərnişinlərin həyatlarını heçə sayan avtobus sürücüləri: Şirkət cəza tədbirlərinə məhəl qoymur

Sərnişinlə dolu avtobus yanacaqdoldurma məntəqəsinə daxil olur, yanacaqla təmin edilir və yoluna davam edir.
Görüntülər Qubanın Qaraçay kəndi ərazisindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb.
Avtobusun içərisində bir nəfər sərnişin belə olsa, həmin avtobus yanacaqdoldurma məntəqəsinə daxil ola bilməz. Burada sürücü ilə yanaşı, sərnişin dolu avtobusu qəbul edən yanacaqdolduma məntəqəsinin rəhbərliyi də məsuliyyət daşıyır.
Görünən odur ki, buna heç kim məhəl qoymur. Demək olar ki, Qubadan avtobuslarla Bakıya üz tutan sərnişinlər hər gün bu təhlükə ilə üzləşirlər. Çəkiliş zamanı oxşar hal bir neçə saat ərazidə dörd dəfə yaşanıb. Avtobus sürücüsü və yanacaqdoldurma məntəqəsinin işçiləri isə susmağa və ərazidən uzaqlaşmağa üstünlük veriblər.
Məlum olub ki, sərnişinlərin paytaxta daşınmasını “Uğurlu Yol” MMC həyata keçirir. Araşdırma zamanı o da məlum olub ki, bu işdə məsuliyyət daşıyan yanacaqdoldurma məntəqəsi də elə bu şirkətin biznes dairəsinə daxildir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, indiyədək dəfələrlə adıçəkilən daşıyıcı şirkətin sürücülərinin bu cür qayda pozuntularını aşkarlanıb və onlar barəsində inzibati protokol tərtib edilsə də, bu cür hallara hələ də rast gəlinir. Amma bununla belə, hazırda ərazidə post-patrul xidməti əməkdaşları tərəfindən nəzarət daha da gücləndirilib. Belə hallara yenə də rast gəlinərsə, qanunamüvafiq qaydada tədbirlər görüləcək.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











