“Sinəmdəki xəritə Azərbaycanla sülhün simvoludur” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və ölkə daxilindəki gərginliklə bağlı mühüm fikirlər səsləndirib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hökumət başçısı çıxışında 2024-cü ilin aprelində Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlamaq qərarının Ermənistanın gələcəyi üçün əsas faktor olduğunu bildirib:
“Şəxsi inancıma görə, 2024-cü ilin mart-aprel aylarında Ermənistan dövlətçilik həddinə çatmışdı. Əgər biz həmin vaxt Azərbaycanla sərhədlərin demarkasiyası prosesinə başlamaq qərarı verməsəydik, Ermənistan bu gün müstəqil dövlət olmayacaqdı”.
Paşinyan bu qərarın verilməsinin çox çətin olduğunu, ölkə daxilində kilsə rəhbərliyi və bəzi ruhanilər tərəfindən buna qarşı ciddi müqavimət göstərildiyini vurğulayıb:
“Kilsəmizin faktiki rəhbərinin təşviqi ilə arxiyepiskoplardan biri Ermənistanda yalnız demarkasiyanın qarşısını almaq deyil, həm də münaqişəni yenidən aktivləşdirmək məqsədi daşıyan hərəkat başlatmışdı. Onlar dezinformasiya kampaniyası ilə onminlərlə insanı küçələrə çıxarmışdılar”.
Baş nazir qeyd edib ki, hazırda Tavuş bölgəsinin Kirants kəndi sülhün və “Əsl Ermənistanın” simvoluna çevrilib:
“Kilsə-müxalifət hərəkatının kəndin boşaldılacağı barədə yalanlarına baxmayaraq, demarkasiyadan sonra Kirantsda evlərin sayı 50 faiz artıb. Bu gün ora tamamilə dinc, təhlükəsiz və rəngarəng bir yaşayış məntəqəsidir. Mən 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında müəyyən edilmiş Ermənistan xəritəsinin təsvirini sinəmdə gəzdirirəm. Bu, həm də sülhün simvoludur, çünki biz bir-birimizin ərazi bütövlüyünü tanımaqla Ermənistan və Azərbaycan arasında sülh yaratmışıq”.
Paşinyan sonda bəzi ruhaniləri xarici xüsusi xidmət orqanlarına işləməkdə ittiham edərək, sülh və müstəqilliyin “antixristian” məqsədlərə qurban verilməsinə, ölkənin yeni müharibəyə sürüklənməsinə icazə verməyəcəyini bəyan edib.
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












