Şirvanda özünü yandıran qazi əvvələr ağır cinayətlər törədib – Adam oğurluğu…

Şirvan şəhərində yol polisi əməkdaşları tərəfindən sürücülük hüququ və etibarnamə olmadan avtomobil idarə edən şəxsin özü və qardaşı ilə bağlı yeni məlumatlar daxil olub. Avtosfer.az-ın məlumatına görə, qanunsuz avtomobil idarə edən, CM-nin 234-cü vǝ 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə məhkum olunmuş, 1986-cı il təvəllüdlü, Elvin Abdiyevin Şirvan şəhərində hərəkətləri ilə bağlı rayon sakinlərinin çoxsaylı şikayətləri olub. Xəbərdarlıqlara və şikayətlərə baxmayaraq qardaşlar qanunsuz əməllərini davam etdiriblər.
O da məlum olub ki, E.Abdiyevin qardaşı, əvəllər Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) və 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə məhkum olunmuş, 2020-ci ildə vətən müharibəsi iştirakçısı olmuş, 1990-cı il təvəllüdlü, Elmir Abdiyev polisin qanuni tələblərinə məhəl qoymadan özünü yandırıb.
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”












