Son 1 həftədə qatarlarda kondisioner niyə işləmir? - RƏSMİ AÇIQLAMA - VİDEO

Son günlər metro qatarlarında kondisioner və havalandırmada yaranan problemlər sakinlərin narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, son bir həftə ərzində “Bakı Metropoliteninin” qatarlarında, həmçinin stansiyalardakı havalandırma sistemlərindəki vəziyyət sərnişinləri narahat etməyə başlayıb. Bu barədə sosial şəbəkələrdə yayılan fotolardan sonra müzakirələr zamanı istifadəçilər bildirib. Sərnişinlərin iddialarına görə yayda, xüsusən də, son günlərdə kondisioner və havalandırma sistemi işləmir.

Məsələ ilə əlaqədar “Bakı Metropoliten” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, metropolitenin istər stansiyaları, istər tunellərində, istərsə də qatarların hərəkətində yaranan vəziyyətə daimi nəzarət edilir.
“Dövri olaraq baxışların keçirilməsi və aparılan monitorinqlərin sayının artırılması ilə bağlı qərarlar verilməkdədir. Yay fəslinin gəlişi ilə bütövlükdə metropolitenin istər stansiyalarında, istərsə də qatarlarda havalandırma və mikroiqlim sisteminin vəziyyəti daim nəzarət altında saxlanılır. Sərnişinlərin şikayətləri əsasında aparılan monitorinqlərin nəticələrinə əsasən qatarların kondisioner sisteminə yenidən baxış keçirilir”.
Mətbuat katibi sonda onu da vurğulayıb ki, metropolitenin müntəzəm marşrut xəttinə 66 qatar buraxılır ki, bunlardan cəmi 23-ü sonuncu nəsil qatarlardır. Qalan 43 qatar sonuncu nəsil olmadığı üçün onlarda kondisioner sistemi qurarşdırmaq mümkün deyil.
Səfər
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












