Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı

Təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin tələblərinə riayət olunması istiqamətində 2025-ci il üzrə aparılan araşdırmalar çərçivəsində, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki "Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsdə (PHŞ) həyata keçirilən yoxlamanın yekunlarını ictimaiyyətə təqdim edib. Avtosfer.az xəbər verir ki, bu xüsusda Dövlət Agentliyi rəsmi açıqlama yayıb.
Qeyd olunub ki, araşdırma prosesinə vətəndaşlardan daxil olan müraciətlərə istinadən start verilib:
"Monitorinqin gedişatında istehlakçı hüquqlarına zərər vura biləcək fəaliyyətlər, məhsul istehsalı və satışı zəncirində ehtimal olunan nöqsanlar, həmçinin təbii inhisar subyektinin şəbəkələrinə qoşulma və ya təqdim edilən xidmət həcminin genişləndirilməsi zamanı mövcud normativ hüquqi aktlarda nəzərdə tutulmayan qaydaların tətbiqi vəziyyəti təhlil edilib.
Bununla bərabər, su təchizatı sektorunda tariflərin düzgün tətbiq edilməməsi ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması ehtimalları da yoxlanış predmetinə daxil edilib.
Yoxlamanın yekunlarına müvafiq olaraq, rəqabət qanunvericiliyinin pozulması faktları və əlamətləri təsdiqini tapdığı üçün sözügedən təbii inhisar subyekti barəsində iş açılıb".
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












