Sumqayıtda parkinq üçün yaşıllıq ərazi sökülür? - AÇIQLAMA - YENİLƏNİB

Tikinti aparılan ərazidəki ağaclar sayılaraq nəzarətə götürülüb
Sumqayıt şəhəri, 20 Yanvar küçəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə "Sumpalace" MTK tərəfindən yaşayış binasının qarşısında avtodayanacaq yaradılması üçün işlərin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.
"Tikinti ətrafında olan ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə MTK-nın rəhbərliyinə təhvil verilib".
16:55, 3 sentyabr
Sumqayıt şəhərində parkinq yaratmaq üçün yaşıllıqlar məhv edilir.
Bu barədə görüntülər sosial şəbəkədə paylaşılır.
İddia edilir ki, şəhərdə “ASAN xidmət” mərkəzinin yaxınlığında yeni tikilən yaşayış binası üçün parkinq yaradılması məqsədilə səki boyu yaşıllıq hissə sökülür.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












