Şuşaya aparan döyüş yolu, DQ-nin tarixi missiyası - DİN açıqladı

Bu foto Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilib. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Şəkilin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başlanacaqdı.
Avtosfer.az xəbər verir ki, həmin əməliyyatla bağlı DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqlayıb. Vurğulanıb ki, o gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.
Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəliləyiblər.
Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutulur və nəticədə 15 hərbi qulluqçu yaralanır. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirib.
Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil olub. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra ediblər.
Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirib.
Bununla yanaşı qeyd olunmalıdır ki, Xüsusi Təyinatlı Qüvvələrlə birgə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlıları ilə birgə noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyət də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olunub və şəhərin düşməndən azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstəriblər.
Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir. Bu zəfərin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdiriblər.
Paytaxtın 21 istiqamətində sıxlıq var - SİYAHI
Kondisioner ustalarının freon yalanı - FOTO
BMT-nin qlobal proqramının rəhbəri Azərbaycana belə təşəkkür etdi - FOTO
WUF13-ə başa çatdı; Azərbaycan forumdan nə əldə etdi? - AÇIQLAMA
WUF13 məhz təşkilatçılıqda rolu olanların kollektiv ruhu əsl mənasını verib - ANAR QULİYEV - FOTO
Bakı-Tbilisi-Bakı qatarının sərnişinlərinə ŞAD XƏBƏR
Kart dələduzluğu artır? – Ekspertdən XƏBƏRDARLIQ
WUF13-ün bağlanış mərasiminə dair mətbuat konfransı keçirildi - FOTO
Qobustanda körpünün çökdüyü ərazidən son görüntülər - VİDEO
“Fast-food” qidaları sağlamlıq üçün nə dərəcədə təhlükəlidir? – EKSPERT
Belə xalqa və paytaxta sahib olduğunuz üçün bəxtəvərsiniz - Mira Bondemade - FOTO








