Şuşaya avtobus səfərləri TƏXİRƏ SALINDI

Bizldiyimiz kimi sentyabrın 12-dən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın ardınca erməni sərhədçiləri tərəfindən mütəmadi olaraq atəşkəs pozulur.
Hazırda erməni silahlıları bölgəni tərk etmədiyindən narahatlıq qalmaqdadır.
Avtosfer.az xəbər verir ki, Bizim.Media-ya durumla əlaqəli olaraq, Şuşaya təşkil edilən avtobus səfərlərinin təxirə salınması ilə bağlı məlumatlar daxil olub.
Saytımıza müraciət edən bir neçə sərnişin faktı təsdiqləyib. Onların bildirdiyinə görə sentyabrın 17-nə təyin olunan səfərləri oktyabrın 5-nə təxirə salınıb. Bu barədə isə onlara Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən əlaqə saxlanılaraq bildirilib.
Digər mənbələrdən əldə etdiyimiz məlumata görə mövcud vəziyyətə görə Şuşaya tur səfərləri artıq bir neçə gündür ki, təxirə salınıb.
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə müraciət etsək də, qurumdan bildirildi ki, hazırda təxirə salınan reyslərin dəqiqləşdirilir və ətraflı açıqlama hazırlanır
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












