Taksi dayanacaqlarının ZƏBT OLUNMASI: "Qayda pozmağa məcbur qalırıq" - FOTO - VİDEO

Bakının Nəsimi rayonu ərazisində taksi dayanacaqlarında şəxsi avtomobillərin park edilməsi taksi sürücülərinin haqlı narazılıqlarına səbəb olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
Yaranmış vəziyyətdən şikayətçi olan taksi sürücüsü bildirib ki, taksi dayanacağı zəbt olunduğu üçün o, qaydaları pozmalı və avtomobilini ikinci zolaqda saxlamalı olub. Bu hal isə sürücülərin qayda pozması deməkdir və onların cərimələnmələri ilə nəticələnir.
Açıqlamasında məsələyə aydınlıq gətirən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, daxil olmuş müraciət əsasında sözügedən ərazidə Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər görülüb.
"Yol hərəkəti haqqında" Qanunun 52-ci maddəsinə əsasən, "Minik taksilərinin duracaq yeri" (5.14) yol nişanı quraşdırılan ərazi taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin dayanması və durması üçün nəzərdə tutulub. Bu səbəbdən digər avtomobillərin həmin yol nişanının təsir zonasında dayanması və durması qadağandır. Bu cür hal inzibati məsuliyyət yaradır və sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 346.6-cı maddəsinə əsasən, iki cərimə balı və 40 manat məbləğində cərimə tətbiq olunur", - deyə T.Nəsirli bildirib.


“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












