Taksi operatorlarına Hava limanından sərnişin götürməyə yeni şərt

Son günlər Hava limanı istiqamətində taksi ilə sərnişindaşımada yalnız dövlətə məxsus “Bakı taksi xidməti” şirkətinə icazə veriləcəyi haqqında məlumatlar yayılıb.
Heydər Əliyev Beynəlxalq Aeroportunun rəsmi məlumatında deyilir ki, bu, sərnişinlərin rahatlığı üçün verilmiş qərardır:
“Bəzən qonaqlar hava limanında rəsmi taksi operatorlarının təqdim etdiyi müxtəlif kateqoriyalara uyğun seçim imkanları ilə yanaşı, heç bir icazəsi olmayan, müvafiq təlim keçməyən və nəqliyyat vasitələri tələb olunan standartlara cavab verməyən şəxslərin israrlı şəkildə taksi xidməti təklif etməsi ilə qarşılaşırlar”.
Qurumdan bildirilib ki, bu, bəzi hallarda sərnişinlərin aldadılması və narazılıqları ilə nəticələnir.
“Təəssüf ki, hələ də oxşar hallarla rastlaşırıq. Hava limanı ərazisində nizamsız və vahid sistemə uyğunlaşdırılmamış taksi fəaliyyətinin davam etməsi həm işgüzar nüfuzumuza mənfi təsir göstərir, həm də sərnişinlərin təhlükəsizliyi üçün ciddi risklər yaradır. Bu kimi xoşagəlməz halların qarşısını almaq məqsədilə hava limanında fəaliyyət göstərən taksi operatorlarının vahid, keyfiyyətli və tənzimlənmiş xidmət standartlarına uyğun xidmət təqdim etməsi zəruridir. Bu tələblər şəxsi nəqliyyat vasitələri ilə hava limanına edilən səfərlərə şamil edilmir”, - deyə açıqlamada qeyd olunub.
Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov bu mövzu ilə bağlı araşdırma aparıb.
Ekspert bildirib ki, şəhərdən Hava limanı istiqamətində bütün taksilər gedə biləcək, geridönüşdə isə bütün taksi operatorları Hava limanından sərnişinləri götürə biləcəklər, sadəcə müəyyən şərtlər var:
“Cəriməsi olmayan, şirkət tərəfindən bloklanmayan, şikayətləri olmayan, xarici dil bilən, avtomobili daim saz vəziyyətdə olan, POS-terminalı olan (istər yerli, istərsə də xarici vətəndaşın nağd pulu olmaya bilər) sürücülər xidmət göstərə biləcəklər. Bu sadə tələblərə cavab verən taksilər Hava limanından sərnişin daşıya biləcəklər. Əslində bu tələblər 2019-cu ildə Nazirlər Kabinetinin taksi xidməti ilə bağlı qəbul etdiyi 73 saylı qərarda göstərilib”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bu qərarı absurd hesab etdiyini bildirib. O, sosial media hesabında yazıb:
“Düşünürəm ki, Aeroportdan taksi vasitəsilə sərnişindaşıma xidmətinin yalnız bir taksi operatoruna, xüsusilə də dövlətə məxsus şirkətə icazə verilməsi faktiki olaraq inhisarçılıqdır. Bunun başqa adı yoxdur. Bu addım sərnişinlərin seçim azadlığını əlindən alır. Düşünmək olar ki, bunun da nəticəsində mütləq uzun növbələr, baha qiymətlər və xidmət keyfiyyətinin zəifləməsi qaçılmaz olacaq. Rəqabətə tab gətirməyən bir dövlət şirkətinə süni vasitələrlə üstün hüquqlar, hökmran mövqe verilməsi yolverilməzdir. Taksi bazarında vətəndaşların qanuni mənafelərinin və hüquqlarının pozulmasına gətirib çıxaran və rəqabətsiz mühitin formalaşmasına səbəb olan hərəkətlər “Rəqabət Məcəlləsi”nin tələblərinə ziddir. Ümid edirəm, Hava limanı administrasiyasının taksi bazarındakı məhdudlaşdırıcı qərarları “Antiinhisar”ın diqqətini cəlb edəcək”.(musavat)
Tıxac işə gecikmək üçün üzrlü səbəbdirmi? – EKSPERT RƏYİ
Azərbaycanda yanacaq balansı dəyişir - "Regionu biz təmin edirik"
Piyadalar ən çox gecə saatları vurulur...
Bəzi rayonlarında yollar dumanlı olacaq, buz bağlayacaq
Bakının iki böyük qəsəbəsini birləşdirən yol tikilir - VİDEO
Sürücülər üçün təhlükə törədən səki - "Nə işıq, nə yol nişanı var" - VİDEO
Bakıda yaşıllıq məhv edilərək yerində restoran tikiləcək? - VİDEO
Yeni Ələt–Astara magistralında qatı duman hərəkəti çətinləşdirib
Avtomobillər buzlu yollarda qəza edir - Qardan sonra fəsadlar - VİDEO
Gecə saatlarında sürət yarışları keçirilən yol - Nə radar var, nə kamera - FOTOLAR
Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? - AÇIQLAMA











