Taksi sürücüləri şirkətlərdən niyə narazıdır? - İstismar edirlər - VİDEO

Bolt taksi xidmətinin bir qrup sürücüsü işə çıxmaqdan imtina ediblər.
Belə ki, sürücülər bir neçə gün öncə günün pik saatlarında mobil tətbiqi bağlayıblar. Bununla da şirkətin mövcud qaydalarına etirazlarını bildiriblər. Onların iddialarına görə, şirkət göstərilən xidmət qarşılığında ödənişləri olduqca aşağı hesablayır. Narazılıqlardan biri də mobil tətbiqdə gediləcək ünvanın və ödənişin əvvəlcədən göstərilməməsidir. Ancaq bu narazılıqlar taksi sürücülərinə baha başa gəlib. Onların sözlərinə görə, təxminən 15 sürücünün tətbiq hesabı şirkət tərəfindən bloklanıb.
Şikayətlər bununla da bitmir. Xidmətin başqa bir sürücüsü Mais İsmayılovun sözlərinə görə, kartla ödəniş zamanı şirkət sürücülərə çatacaq məbləği vaxtından gec ödəyir.
Məsələyə münasibət öyrənmək üçün Boltun Azərbaycandakı nümayəndəliyi ilə əlaqə saxladıq. (KADR 1076) Şirkətin rəsmisi Naim Əzizov bildirdi ki, sürücülər sifarişi yalnız qəbul etdikdən sonra gediləcək ünvanı və ödəniş metodunu görə bilirlər. Qanunvericilikdə isə bunu təkzib edən hansısa bir tələb yoxdur. Şirkət rəsmisi həmçinin əlavə etdi ki, sürücülərin sürücülərin ödənişləri gecikdirilmədən hesablarına göndərilir. Mobil tətbiq hesablarının bloklanması məsələsinə gəlincə isə, Naim Əzizov qeyd edib ki, sözügedən taksi xidmətində heç bir əsas olmadan sürücülərin fəaliyyətinə son qoyulmur.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












