Taksilərdə taksometrlər quraşdırılarsa, nə dəyişəcək?

Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemin də taksometrlə həll etməyin mümkün olduğunu deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.
Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu, sərfəli deyil. Sərnişinlər isə bildirirlər ki, hazırkı taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.
“Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha da çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə, taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu, qismən narazılıq da yaradacaq. Ancaq taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Lakin taksometr olsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək”, - deyə o əlavə edib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












