Təcili tibbi yardımın çağırışlara gecikməsinin səbəbləri açıqlandı - VİDEO

Təcili Tibbi yardımla bağlı son günlər şikayət və narazılıqlar artıb.
Bakı Şəhəri Təcili Tibbi Yardım Xidmətində Operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Baku TV-yə məsələ ilə bağlı açıqlama verib.
O bildirib ki, vətəndaşların zənglərinə cavab verilməməsi və ya təcili yardım avtomobillərinin gec gəlməsinə səbəb xəttin gündəlik həddən artıq məşğul olmasıdır:
“Gündəlik olaraq təcili yardıma zəng 10 mini, icra etdiyimiz çağırışların sayı isə iki mini keçir. Nəzərə alsaq ki, zəngin xeyli hissəsi yalnız sorğulardan ibarətdir, bu da təcili yardım xəttinin yüklənməsinə səbəb olur”.
Mərkəzdə çalışan tibb işçiləri də deyir ki, son günlər işlərin çoxalması vətəndaşlarla problemlərin yaranmasına gətirib çıxarıb.
Təcili tibbi yardımla bağlı yaranan problemlərdən biri də əhali sayına görə təcili yardım briqadasının say nisbətidir. Belə ki, zəng və çağırışların sayı çox, təcili yardım briqadası isə azdır. Bu da öz növbəsində təcili yardımın gecikməsinə səbəb olur.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












