Təqaüdü bərpa etmək adı ilə adamları aldadan şəxsin şantaj əməlinin üstü açıldı - FOTO

Kürdəmirdə vətəndaşlara qarşı dələduzluq edən, həmçinin bir neçə rayon sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən rayonun Xırdapay kənd sakini Aydın Məmmədov saxlanılıb. Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədov cari ilin aprel-may ayları ərzində dörd rayon sakininin etibarından istifadə edərək, onlara dayandırılmış təqaüdlərinin bərpa olunmasında köməklik göstərəcəyi barədə yalan vədlər verib və onlara məxsus ümumilikdə 10800 manat pulu ələ keçirib.
Bundan əlavə, saxlanılan şəxsin ətrafında aparılan istintaq tədbirləri nəticəsində onun başqa cinayət əməllərinin də üstü açılıb. Belə ki, sosial şəbəkələrdə aktiv iştirak edən A.Məmmədov iki vətəndaşa qarşı hədə-qorxu gələrək, barələrində sosial şəbəkələrdə rüsvayedici məlumatlar paylaşmamaq üçün onlardan ümumilikdə 1200 manat pul alıb.
Faktlarla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Polis əməkdaşları Aydın Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmirlər. Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, DİN-in “102” xidmətinə, həmçinin Kürdəmir RPŞ-yə müraciət etmələri xahiş olunur.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










