Tıxacda siqnal verməyə görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO

Ani diqqətsizlik, yaxud tıxacda hövsələsizliyiniz sizi 30 manatınızla vidalaşmağa məcbur edə bilər. Avtosfer.az xəbər verir ki, Oxu.az-ın "Qanun nə deyir?" adlı rubrikasının bugünkü mövzusu səs siqnallarından istifadə qaydalarıdır.
Səs siqnallarından harada və nə vaxt istifadə etmək olar?
"Yol hərəkəti haqqında" Qanunun 73-cü maddəsində qeyd olunur ki, səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
- yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
- yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Burada qeyd olunmalıdır ki, ötmə barədə xəbərdarlıq etmək üçün səs siqnalı əvəzinə (və ya onunla birlikdə) işıq siqnalı verilə bilər. Bu işıq siqnalı sutkanın işıqlı vaxtı - faraların işıqlarını qısamüddətli yandırıb-söndürməkdən, sutkanın qaranlıq vaxtı isə faraların yaxın işığını dəfələrlə uzaq işığa keçirməkdən ibarətdir.
Bəs bu qaydanı pozanları hansı cəza gözləyir?
İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsində qeyd edilir ki, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə sürücü otuz manat məbləğində cərimə edilir.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












