Reklam

Tıxaclı Bakı-Sumqayıt yolu: problemi necə həll etmək olar? - TƏKLİFLƏR

Gündəm 28 Avqust 2024 23:00 Oxunub 922
Tıxaclı Bakı-Sumqayıt yolu:  problemi necə həll etmək olar? - TƏKLİFLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün ən çox tıxac olan yollardan biri Bakı-Sumqayıt yoludur. Hər gün bu yolda minlərlə insan saatlarla tıxacda qalır. Xüsusın də səhər saat 8:00, axşam saat 18:00 radələrində Bakı-Sumqayıt yolunda hərəkət etmək mümkün olmur. Bak--Sumqayıt sürət qatarı mövcud olsa, eləcə də avtobuslar üçün yeni zolaq çəkilib, yol genişləndirilsə də, tıxac problemi hələ də öz həllini tapmayıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Bakupost”a açıqlamasında, Bakı-Sumqayıt nəqliyyat şəbəkəsinin və yol infrastrukturunun düzgün qurulmadığını deyib.

Avtoekspert: “Kuryer xidməti göstərən şəxslərə ciddi nəzarət olunmalıdır” -  Busaat.az

Onun sözlərinə görə, bəzən hətta hərəkətin təşkili ilə bağlı qüsurlar da olur:

"Məsələn, Xırdalan dairəsində axşam saatlarında tıxac olur. Üzü Sumqayıt, Masazır, Ceyranbatan istiqamətində uzun tıxac yaranır. Səbəb isə Xırdalan dairəsində yolun genişləndirilməsi prosesinin düzgün qurulmamasıdır. Yəni yolu tam genişləndirməyiblər. Bakı istiqamətinə gəlincə, bu yolda da səhərlər uzun tıxac yaranır. "Şamaxinka", "Alatava" istiqaməti yolun genişləndirilməsini gözləyir. Yol şəbəkəsi orada genişləndirilsə, nəqliyyat axını həllini tapacaq. Kənar dairəvi yol çəklib. Oradan çıxan maşınların sayı ilə Bakı-Sumqayıt yoluna gedən maşınların sayı arasında kəskin fərq var. Bu yoldan istifadə edən, "20 Yanvar", "Şamaxinka" istiqamətində şəhərə daxil olmadan hərəkət etmək istəyən sürücülər azdır. Qalan hamı "20 Yanvar", "Şamaxinka"ya tərəf hərəkət edir. Deməli, orada problem var".

Elməddin Muradlı qeyd edib ki, əgər Bakıətrafı qəsəbələrə, kəndlərə mütəmadi avtobus, metro xətti, yerüstü metro, tramvay, trolleybus xətləri təşkil edilsə, tıxac problemi müəyyən qədər aradan qalxar.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, Bakı-Sumqayıt yolunda tıxaca səbəb kütləvi şəkildə şəhərə daxil olmaq, həmçinin qeyri-qanuni sərnişin daşımasıdır:

Sürücülərin təlimdən keçməsi keyfiyyətin artırılması yönündə verilmiş  qərardır" - Ekspert

“Bunun çıxış yolu ictimai nəqliyyat növlərinin inkişafıdır. Ekspress avtobus xətti açılıb. Amma avtobus zolaqlarında sərt nəzarətə ehtiyac var. Bu zolağa daxil olmanın cəzası ağırlaşdırılmalıdır. İnsanlar daha çox şəxsi nəqliyyatdan istifadə edirlər. Bunun da obyektiv səbəblərindən biri ictimai nəqliyyatın keyfiyyətinin aşağı səviyyədə olmasıdır. Çeşid də azdır. Düşünürəm ki, bu sahəyə daha çox investisiya yatırmaq lazımdır”.

R.Ağamirzəyevin sözlərinə görə, Bakı-Sumqayıt yoluna tıxacların qarşısını almaq üçün şəhərə girişi nizamlamaq lazımdır:

“Bakı-Sumqayıt yolu, xüsusən də Xırdalana qədər olan yol həm də şimal sərhədinə tərəf getmək üçün istifadə edilir. Ona görə hərəkət edənlər tək Bakı, Xırdalan, Sumqayıt əhalisi deyil. Bu da nəqliyyat axınına təsir edir. Bakıya daxil olmağa da nəzarət etmək lazımdır. Şəhərin girişlərində parkinq nöqtələri qurulmalıdır ki, insanlar avtomobillə gəlsə də, park edib ictimai nəqliyyata yönəlsin”.

Nəqliyyat eksperti Ərşad Hüseynovun fikrincə, yolu genişdirməklə tıxac məsələsini həll etmək mümkün deyil. Çünki bu tıxacı Bakı-Sumqayıt yolu yox, yolun girişləri yaradır. Bu yol istiqamətində tıxaclar Avtovağzalın yanından, "Şamaxinka", "20 Yanvar"dan başlayır və uzun məsafəni əhatə edir:

Ərşad Hüseynov: “Qadınlar radar görəndə kişilər kimi tormozun üstünə  çıxmırlar”

"Ona görə də, Bakı-Sumqayıt yolunu genişləndirməklə, bu məsələni həll etmək mümkün deyil. Problemin çıxış yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir".

Qeyd edək ki, Bakı-Sumqayıt şossesində, Xırdalan və “20 Yanvar” dairələrində nəqliyyatın sıxlığının qarşısının alınması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində xarici dairəvi yolla birləşdirən paytaxtın strateji 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması planlaşdırılır.Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında əksini tapıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh