Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir - Tokayev

Nəqliyyat və logistika sektorunu daha da inkişaf etdirmək lazımdır. Qazaxıstan Avropa ilə Asiya arasında ən mühüm bağdır. Belə ki, ötən il ərazimiz vasitəsilə yükdaşımaların həcmi 1 milyard tonu ötüb. Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciətində bildirib. Onun sözlərinə görə, eyni zamanda, ölkənin tranzit potensialının genişləndirilməsi üçün əhəmiyyətli ehtiyatlar var. “Şimal-Cənub dəhlizi Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxış açır. Şərq-Qərb dəhlizi və Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsü Qazaxıstanın Avrasiyanın əsas quru körpüsü kimi rolunu gücləndirir”, -deyə dövlət başçısı bildirib. Prezident qeyd edib ki, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün də böyük əhəmiyyətə malikdir. Qazaxıstanın dövlət başçısı qeyd edib: “Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə maddi gəlir və infrastruktura yeni investisiyalar gətirməli, keyfiyyətli iş yerləri yaratmalıdır. Rəqəmsal həllər geniş şəkildə tətbiq edilməlidir, onlar olmadan heç bir səmərəlilik əldə edilə bilməz. İlk növbədə, regional nəqliyyat əlaqəsi məsələlərini həll etmək lazımdır. Böyük tranzit ərazisi kimi Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır”.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












