Türkiyə Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinə 2,4 milyard avro cəlb edib

Türkiyənin Maliyyə və Xəzinədarlıq Nazirliyi Qars-İğdır-Aralıq-Dilucu (Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə sərhəd əraziləri) dəmir yolu layihəsinə xarici mənbələrdən 2,4 milyard avro cəlb edib. Avtosfer.az xəbər verir ki, Yaponiyanın MUFG bankı başda olmaqla kreditorlar qrupu ilə Türkiyə Maliyyə və Xəzinədarlıq Nazirliyi arasında müvafiq razılaşma əldə olunub. Bu müqaviləyə İsveç və Avstriyanın kredit strukturları, o cümlədən EKN və OeKB, həmçinin İslam İnkişaf Bankının ayrı-ayrı bölmələri də qoşulub.
Qars və Naxçıvan arasında dəmir yolu layihəsi Türkiyə Nəqliyyat Nazirliyi yanında infrastruktur investisiyaları üzrə Baş idarənin xətti ilə həyata keçirilir. Onun məqsədi regionda nəqliyyat şəbəkələri və ticari əlaqələrin inkişafına töhfə verməkdir.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












