Türkiyəli nazir: “TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”

“TEKNOFEST”in Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Avtosfer.az xəbər verir ki, bunu Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının rəsmi açılış mərasimində çıxış edən Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
"Hər il “TEKNOFEST” sahəsinə daxil olduqda yaşadığım o həyəcan, o xoşbəxtliyi bu gün bir daha yaşayıram. Sizin yerinizə olsaydım burada yatıb, burda durardım. Hər bir təyyarəni, hər bir texnologiyanı tək-tək araşdırardım. Tədbirin belə möhtəşəm keçirilməsinə görə, hər iki ölkənin prezidentinə və dəstək verən hər bir şəxsə təşəkkür edirəm. Vaxtilə bizə texnika satmaqdan imtina edənlər, bu gün bizim qəhrəmanlarımızın hazırladığı ən son zərbə pilotsuz uçuş aparatları (PUA) almaq üçün növbəyə durublar”, - M. Varank bildirib.
Nazir qeyd edib ki, “TEKNOFEST Azərbaycan”a qoşulmaq üçün 1 000-dən çox komanda, 6 000-dən çox iştirakçı müraciət edib: “Onların xoşbəxtliyi odur ki, qalibləri şəxsən Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan mükafatlandıracaq".
Sosial şəbəkələrdə təhqir və söyüşlərin qarşısı necə alına bilər? – ŞƏRH
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI











