"Twitter" 450 min avro cərimələnib

İrlandiyanın Məlumatların Mühafizəsi Komissiyası (Data Protection Commission - DPC) "Twitter" şirkətini istifadəçi məlumatlarının sızması barədə informasiyanı vaxtında açıqlamadığına görə 450 min avro məbləğində cərimələyib.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, cərimə 2018-ci ildə Avropa İttifaqında məlumatların mühafizəsi haqqında ümumi qaydalar (GDPR) qüvvəyə mindikdən sonra "Twitter" şirkətinə tətbiq edilən ilk sanksiya olub. Hazırda komissiya tərəfindən ABŞ-ın Avropada fəaliyyət göstərən 20-dən çox IT şirkətinin işinə baxılır.
"Twitter" istifadəçilərinin məlumatlarının sızması barədə ilk dəfə 2019-cu ilin yanvarında məlum olub. Şirkət nümayəndələri bildiriblər ki, istifadəçi məlumatlarından reklam verənlər tərəfindən insanların marketinq siyahısı ilə müqayisəsinin aparılması üçün təsadüfən istifadə edilib. Onların sözlərinə görə, fərdi məlumatlar üçüncü şəxslərə verilməyib və problem 2018-ci ilin sentyabrında aradan qaldırılıb.
Türkiyənin illərini alan təhlükə: Din adı altında qurulan nüfuz
Dindən danışmaq asandır, bəs əməllər? – Söz başqa, reallıq başqa
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO












