Vaxtında şəxsiyyət vəsiqəsi əldə etməyən şəxslər sənədlərini bərpa edə bilər? - AÇIQLAMA

Cəmiyyətdə sənədləri qaydasınada olamayn şəxslər çox olmasa da, bu hal mövcuddur. Hər hansı səbəbdən 18 yaşında şəxsiyyət vəsiqəsi almayan vətəndaşlar az deyil. Bu kimi hallarda isə onlar heç bir halda rəsmi sənədləşmə, xəstəxana, yaşayış ünvanlarına qeydiyyata düşə bilmirlər.
Bəs bu kimi hallarda hansı istisnalar nəzərdə tutulub? Yəni, şəxsiyyət vəsiqəsi heç vaxt olmayan şəxslər sənədlərini necə bərpa edə bilərlər? Qanunla bu kimi hallarda hər hansı cərimə varmı? Elə bir hal varmı ki, o halda həmin şəxslərə qanunla şəxsiyyət vəsiqəsi təqdim edilməkdən imtina edilsin?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə sorğu ünvanladıq. DİN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikasının hər bir vətəndaşı 15 yaşı tamam olduqdan və ya şəxs Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunduqdan sonra bir ay müddətində şəxsiyyət vəsiqəsi almalıdır.
Yaşı 18-i keçən Azərbaycan vətəndaşlığını təsdiq edən heç bir sənədi olmayan şəxs müraciət etdikdə ilk növbədə doğum haqqında şəhadətnamə təqdim etməlidir. Belə olan halda onun vətəndaşlıq mənsubiyyətini yoxlamaq üçün aidiyyəti üzrə Dövlət Miqrasiya Xidmətinə müvafiq sorğu göndərilir (şəxs bu sorğunu özü də göndərə bilər).
Yoxlanıldıqdan sonra 20 gün ərzində onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınıb tanınmaması barədə qərar qəbul edilir. Bundan sonra Azərbaycan Respublikasının vətəndaşlıq mənsubiyyəti tanınmış şəxslərin şəxsiyyət vəsiqəsi alması ilə bağlı ərizəsi qəbul edilir. Şəxs ərizə yazdıqdan və müvafiq zəruri sənədləri təqdim etdikdən sonra şəxsiyyət vəsiqəsi təqdim edilir.
Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınan şəxsə heç bir halda şəxsiyyət vəsiqəsinin verilməsində imtina edilmir.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










