Vətən müharibəsi əlillərinə 20 avtomobil verildi - FOTO

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 20 nəfər Vətən müharibəsi əlilinə minik avtomobilləri təqdim edilib.
Avtosfer.az-ın məlumatına görə, tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişi ilə Nazirlik tərəfindən şəhid ailələri və müharibə veteranları ilə bağlı geniş miqyaslı sosial dəstək paketi icra olunduğunu vurğulayıb.
O qeyd edib ki, bu dəstək paketi üzrə artıq 119 min şəxsə 243 min xidmət göstərilib.
"Dəstək tədbirlərinin bir istiqaməti kimi, postmüharibə dövründə şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. Həmin dövrdə onlara 3900 mənzil verilib.
Ümumilikdə ötən dövrdə isə 12900-dən çox mənzil və fərdi bu kateqoriyalara aid vətəndaşlara təqdim olunub.
Sosial dəstək tədbirlərinin bir istiqaməti də müharibə əlillərinin avtomobillə təminatıdır. Təqdim edilən 20 avtomobil də daxil olmaqla müharibə əlillərinə 2022-ci ildə 120, postmüharibə dövründə 284, ümumən ötən dövrdə 7500 avtomobil verilib", - nazir müavini deyib.



Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












