Vəziyyəti ağır olan üç nəfərin hazırda Bakıya gətirilməsi məqsədəuyğun deyil - Nazir müavini

Səhiyyə nazirinin müavini İlqar Qasımov vəziyyəti ağır olan üç nəfərin hazırda Aktaudan Bakıya gətirilməsinin məqsədəuyğun olmadığını deyib.
Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, nazir müavini jurnalistlərə açıqlamasında qeyd edib ki, həmin şəxslər Aktau şəhərində xəstəxanada süni tənəffüs aparatına qoşulublar:
“Onların stabilləşməsi üçün müalicə davam edir. Vəziyyətləri sabitləşdikdən sonra onlar da Azərbaycana gətiriləcək,” – deyə nazir müavini əlavə edib.
İ.Qasımov qeyd edib ki, yaralılardan bəzilərində kəllə-beyin travmaları və yüksək hündürlükdən yıxılma nəticəsində ağır zədələr müşahidə olunub.
Onun sözlərinə görə, bütün yaralılar tam müayinə olunacaq, stabillik müəyyən edildikdən sonra ambulator müalicə nəzərdə tutulur.
İlqar Qasımov bildirib ki, müştərək travmaların müalicəsi üçün müxtəlif ixtisaslardan olan mütəxəssislərin birgə iştirakı zəruridir. Lazım olduqda, universitet klinikalarından da əlavə dəstək alınacaq.
Bildirib ki, qəzadan xəsarət alanların müalicəsi ilə bağlı bütün lazımi tədbirlər görülür:
“Vətəndaşlarımızı mütəmadi olaraq məlumatlandıracağıq. Xahiş edirəm, bu çətin vaxtda səbirli olun,” – deyə İlqar Qasımov əlavə edib.
Qeyd edək ki, bu gün FHN-nin xüsusi təyyarəsi ilə Aktauda qəzada xəsarət alan 7 nəfər Bakıya gətirilib. Daha 7 nəfərin AZAL-ın reysi ilə gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












