Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində martın 13-də zəif maqnit qasırğası qeydə alınıb. Avtosfer.az Oxu.az-a istinadən məlumat verir ki, bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib. Bildirilir ki, hazırda Yer kürəsinin maqnit sahəsinin gücü G1 səviyyəsinə çatıb. Bu şkalada G5 "ekstremal dərəcədə güclü", G1 isə "zəif" hesab olunur.
***
Martın 13-də Günəşdə yaranan tac dəliyi nəticəsində Yer kürəsində geomaqnit aktivliyinin artması gözlənilir. Mütəxəssislər zəif və orta güclü maqnit fırtınalarının ola biləcəyini ehtimal edirlər. Bu ehtimalı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutuna məxsus Günəş Astronomiyası Laboratoriyası yayıb. Alimlərin proqnozlarına əsasən, növbəti 24 saat ərzində planetimizə yönələn Günəş küləyinin sürəti artacaq. Bunun ardınca geomaqnit göstəricilərində yüksəlişin qeydə alınması mümkündür. Bu təsirlərə qeyri-standart formaya malik nəhəng tac dəliyi səbəb olub. Tədqiqatçıların sözlərinə görə, bu obyekt Günəşin cənub qütbündən şimalına qədər uzanan uzun bir yarığı xatırladır. Uzun müddətdir mövcud olan bu quruluş təqribən bir ay öncə də Günəş diskinin görünən hissəsindən keçmişdi. Obyektin əvvəlki keçidi zamanı beş ballıq sistemlə G1-G2 kateqoriyalı (orta dərəcəli) maqnit fırtınaları qeydə alınmışdı. Tac dəliyinin forması və ölçüləri, demək olar ki, dəyişmədiyinə görə mütəxəssislər eyni vəziyyətin təkrarlanacağını düşünürlər.
Kompüter simulyasiyaları göstərir ki, ilkin geomaqnit pozuntuları cümə günü gecə saatlarında müşahidə oluna bilər. Proqnozun özünü doğruldacağı təqdirdə qütb parıltılarının yaranma ehtimalı da yüksələcək.
Bununla yanaşı, tədqiqatçılar qeyd edirlər ki, hələlik Günəş küləyinin sürətlənməsinə dair dəqiq əlamətlər yoxdur. Bu səbəbdən yekun qərarlar yalnız geomaqnit aktivliyi tam başladıqdan sonra çıxarıla bilər.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












