Yer kürəsini maqnit qasırğası vuracaq

Martın 31-də güclü partlayışdan qaynaqlanan plazma buludu Yer kürəsini vuracaq və bu da maqnit qasırğasına səbəb olacaq. Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
Daha əvvəl isə Tətbiqi Geofizika İnstitutundan bildirilmişdi ki, Günəşdə təxminən iki aydan sonra ilk dəfə ən yüksək X1.5 sinfindən partlayış baş verib.
"Ümumi fikir budur ki, plazma buludu ehtimal ki, bu axşam planetin kənarından dəyəcək və orta səviyyəli maqnit qasırğaları yaradacaq. Proqnozlaşdırılan təsir gücü, kənar hadisələrində tez-tez olduğu kimi, geniş diapazonlarda dəyişir: bəzi yayılma bucaqlarda plazma ümumiyyətlə gəlməyə bilər, bəzilərində isə G4 səviyyəsinə qədər maqnit qasırğaları mümkündür", - deyə hesabatda bildirilib.
Plazma buludu axşam saatlarında gələcəyi üçün intensiv qütb parıltılarının başlaması, demək olar ki, şübhəsizdir.
Rusiya-Ukrayna müharibəsindən ən çox yararlanan Hindistandır - POLİTOLOQ
Bakıda sıxlıq olan yollar AÇIQLANIB - YENİLƏNİB
Tıxacda avtomobillər arasında neçə metr məsafə olmalıdır? – EKSPERT
Bakıda piyadaların hərəkətini çətinləşdirən əsas problem nədir? – ARAŞDIRMA
Bakıda eyni ildə tikilən binalardan birinə niyə abidə statusu verilməyib? - FOTO
Sumqayıtda Sovet dövrünə aid elektrik dirəkləri təhlükə saçır - VİDEO
Prezidentin adından yayılan mesaj saxtadır: Bu linkə TIKLAMAYIN! – FOTO
Bakıda əlçatanlıq problemi 3D texnologiya ilə həll oluna bilər? – EKSPERT
Avtomobillə yola çıxanların NƏZƏRİNƏ!
Qazaxıstan Prezidenti TDT-nin toplantısında narazılığını bildirdi - POLİTOLOQ
Ağstafaya əlavə qatarlar təyin edildi: Digər bölgələrdə hansı yeniliklər olacaq? – DEPUTAT












