Yerə təyyarə ölçüsündə asteroid yaxınlaşır - XƏBƏRDARLIQ

“2025 PM” asteroidi təhlükəli göy cismi kimi təsnif edilir, lakin Yerə yaxın olmasına baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır.
Avtosfer.az “Newsweek” nəşrinə istinadla xəbər verir ki, diametri 50 metr olan “2025 PM” asteroidi bu həftənin sonunda Yer kürəsinin yanından keçəcək. O, bazar günü, avqustun 17-də, Bakı vaxtı ilə saat 13:03-də Yerdən Ay orbitinin təxminən bir diametrində məsafədə olacaq.
NASA-nın “Jet Propulsion” laboratoriyası da göy cisminin yaxınlaşması barədə xəbərdarlıq edib. Qeyd olunur ki, “2025 PM” ölçülərinə görə təyyarə ilə müqayisə oluna bilər və Yerə mümkün olan ən yaxın - 1 milyon kilometrdən çox məsafədə planetimizə yaxınlaşacaq.
“The Jerusalem Post” asteroidi hər birinin çəkisi 15 tona qədər olan üç tiranozavrla müqayisə edir. Amma qeyd edir ki, onun kütləsi dəqiq məlum deyil. NASA, həmçinin şənbə günü Yer kürəsinin 980 min kilometrinə yaxınlaşacaq diametri təxminən 16,7 metr olan “2025 PR1” asteroidini də izləyir.
Günəş Astronomiyası Laboratoriyası bildirib ki, “2025 PM” planetə qeyri-adi yaxınlaşma səbəbindən təhlükəli asteroidlər sırasındadır (bu kateqoriyaya Yerə 10 Ay orbitinin diametrindən daha yaxın məsafədə yaxınlaşan cisimlər daxildir). Müqayisə edilə bilən məsafədə daha böyük bir cismin bu il sentyabrın sonunda bir dəfə daha uçması gözlənilir.
Bu göy cismi “Apollon” qrupuna, yəni, orbitləri Yerin orbiti ilə kənardan kəsişən planetimizə yaxın asteroidlərə aiddir. O, avqustun 1-də aşkar edilib. Obyektin xüsusiyyətləri hələ də yaxşı məlum deyil, çox güman ki, bu, uçucu maddələrin izləri olmayan qayalıq bir blokdur. “Yerə yaxın uçuşuna baxmayaraq, onun planet tərəfindən tutulma ehtimalı çox azdır”, -deyən alimlər qeyd edirlər ki, bu asteroid yalnız başqa bir göy cismi ilə toqquşduqda öz trayektoriyasını dəyişə bilər.
İyulda alimlər xəbərdarlıq etmişdilər ki, 2029-cu ilin aprelində diametri 375 metr olan “Apofis” asteroidi Yerə 32 min kilometr məsafədə yaxınlaşacaq. Səma cismini Avropa, Afrika və Asiyada yaşayan təxminən 2 milyard insan adi gözlə görə biləcək.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












