Yevlaxda xəsarət alan yanğınsöndürən və polislərin son vəziyyəti AÇIQLANDI

Yevlax şəhəri ərazisində beşmərtəbəli yataqxana binasında baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.
Avtosfer.az xəbər verir ki, TƏBİB-dən oxu.az-a verilən açıqlamada bildirilib ki, qurumun tabeliyində fəaliyyət göstərən Yevlax Rayon Mərkəzi Xəstəxanasına dörd nəfər yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən Yevlax Yanğından Mühafizə Hissəsinin (iki nəfər) və Yevlax Rayon Polis Şöbəsinin (iki nəfər) əməkdaşlarına ilkin tibbi yardım göstərildikdən sonra elə həmin gün də öz istəkləri ilə evə buraxılıblar.
Hazırda xəstəxanada yanğınla əlaqədar müalicə alan yoxdur.
Xatırladaq ki, yanğınla əlaqədar Yevlax Rayon Mərkəzi Xəstəxanasının üç təcili tibbi yardım briqadası əraziyə cəlb edilib.
Qeyd edək ki, yanğın zamanı 120 ailəyə ziyan dəyib və onlar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir












