“Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib - FOTO

Bu gün “Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və 28 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və əməl edək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Məqsəd uşaqlara yol hərəkəti qaydalarının kiçik yaşlardan öyrədilməsinin təbliği və onların yeni biliklər öyrənməsinin təmini olub.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, polis baş leytenantı Pərvanə Muradova, polis leytenantı Rüstəm Əhmədli, Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı, 28 nömrəli tam orta məktəbin direktoru Qənirə Əmircanova, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları Fəridə Süleymanova, Sevda Əsgərova, Ziyafət Musayeva, KİV nümayəndələri, müəllimlər, valideynlər və 100-dən çox şagird iştirak edib.
Tədbir uşaqların çıxışları ilə başlayıb. Onlar yol qaydalarına aid şeir, mahnı və səhnəciklərdən ibarət kompozisiya təqdim ediblər. Uşaqlar yol hərəkəti qaydaları ilə bağlı biliklərini nümayiş etdirib, küçə və yollarda qaydalara düzgün əməl etməyin vacib olduğunu bildiriblər.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis polkovniki Vaqif Əsədov yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbətlər aparıb, mövzu ilə bağlı yarış keçirilib, uşaqlara yol hərəkəti qaydalarını öyrənmək və ona əməl etmək tövsiyə edilib.
Yarışın münsiflər heyəti Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova və məktəbin direktoru Qənirə Əmircanova yarışda fərqlənən uşaqları I, II, III dərəcəli diplomlar, medallar və təşəkkürnamələrlə təltif ediblər.
Polis əməkdaşları və məktəbin direktoru Qənirə Əmircanova, Avtosfer.az saytının baş direktoru Elməddin Muradlı çıxış edərək uşaqların yarışdakı nəticələrinə münasibət bildirdilər. Sonda uşaqlara hər zaman olduğu kimi “İnci” məktəb ləvazimatları şirkətinin hədiyyələri paylanılıb.
“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələri yerinə yetirdiyinə və yol hərəkəti qaydalarının öyrədilməsi məqsədilə uşaqlarla aparılan müntəzəm təbliğat işinə görə məktəb kollektivinə fərqləndirici kubok, direktor Qənirə Əmircanovaya və tədbirin təşkilarçısı, ibtidai sinif müəllimi Sevinc Süleymanovaya “Təşəkkürnamə” təqdim olunub.
“İçərişəhər”də quraşdırılan panduslar nəyə təsir edəcək? - EKSPERT
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA



























