Yüksək vəzifəyə təyin edilən Zaur Əliyevlə bağlı MARAQLI MƏLUMATLAR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib.
Avtosfer.az "Yeni Sabah"a istinadən xəbər verir ki, Zaur Rafiq oğlu Əliyev 5 mart 1981-ci ildə Bakı şəhərində anadan olub.
2000–2003-cü illərdə “East Anglia” universitetində (Norviç şəhəri, Böyük Britaniya) mühasibat və maliyyə ixtisası üzrə ali təhsil alıb. 2003–2009-cu illərdə “Ernst & Young” şirkətinin Almatı, Bakı və London şəhərlərindəki ofislərində müxtəlif vəzifələrdə işləyib.
2010–2015-ci illərdə PAŞA Holdinq MMC-də və PAŞA Sığorta ASC-də müxtəlif rəhbər vəzifələrdə işləyib.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1474 nömrəli Sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
2017-ci il 11 sentyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə gətirilib.
13 may 2022-ci il tarixdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Müşahidə Şurasının sədri təyin olunub.
7 aprel 2023-cü ildə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının üzvü təyin olunub.
18 yanvar 2025-ci il tarixində növbəti 4 il müddətinə Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti seçilib.
Evlidir, 3 övladı var.
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI












