Zaxarova Zəngəzur dəhlizi haqqında: “ Soçidə nəqliyyat kommunikasiyalarının açılması məsələsi müzakirə olunub”

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zəngəzur dəhlizinin perspektivləri barədə danışıb.
Zaxarova Rusiya Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizinin təşkili ilə bağlı səyləri necə qiymətləndirdiyi barədə Türkiyənin “Anadolu” agentliyinin sualını cavablayıb.
“Biz marşrut terminindən istifadə edirik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Soçidə keçirilən sammitdə regionda nəqliyyat əlaqələrinin açılması problemi müzakirə olunub.
“Razılaşdırılıb ki, müvafiq işlər Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupu çərçivəsində davam etdirilsin. Yeri gəlmişkən, bu, üç ölkə liderinin 11 yanvar 2021-ci il tarixli bəyanatında müəyyən edilib”, - deyə o əlavə edib.
Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçirilib və onun yekununda birgə bəyanat qəbul edilib.
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












