Zəngəzur boşalır, Basarkeçərdə əhali sayılır - Sərhəddə nələr yaşanır?

Erməni mediası və ekspertləri hökumətin Basarkeçərdə əhalinin sayımına başladığını iddia edir. Proses qarşı tərəfin ictimai rəyində ərazilərin Azərbaycana təhvil veriləcəyi kimi yozulur. Bir qədər əvvəl isə Zəngəzurda əhalinin sayının azaldığı, ermənilərin yavaş-yavaş buranı tərk etməsi haqda xəbərlər tirajlandı. Bununla yanaşı, Kərkinin qaytarılmaq üçün hazırlandığı deyilir.
Avtosfer.az-ın məlumatına görə, Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərmanlı deyib ki, Azərbaycan və Ermənistan arasındakı sərhədlər şərtidir və bu xətt istənilən vaxt tarixi torpaqlarımızın dərinliklərinə doğru dəyişə bilər:
“Ermənistanda belə iddialar zaman-zaman gündəmə gəlir. Bu ilk növbədə daxili siyasi intriqalarda qarşılıqlı ittihamlardan qaynaqlanır, lakin reallıqdan da uzaq deyil. Bala Göyçəyə çıxan Azərbaycan Ordusu Göyçə gölünə vizual nəzarət edir. Bu, şərti sərhədin tarixi torpaqlarımızın dərinliklərinə doğru çəkilməsinin mümkün olduğunu deməyə əsas verir”.
A.Nərimanlı bildirib ki, digər variant şərti sərhədlərin delimitasiya prosesində dəyişə biləcəyidir:
“Ermənistan SSRİ dağılanda mövcud olan sərhəd xəttinin əsas götürülməsini istəsə də, Azərbaycan bunu qəbul etmir. Danışıqlarda Azərbaycanın güclü mövqeyini nəzərə alsaq, o zaman SSRİ dövründə mövcud olan daha əvvəlki illərə aid xəritələrin baza prinsipi kimi qəbul ediləcəyi perspektivi istisna edilməməlidir. Bu halda Basarkeçər də daxil olmaqla tarixi torpaqlarımızın ən azı müəyyən hissəsinə nəzarəti bərpa etmək imkanı yarana bilər. Təbii ki, fors-major hallar proseslərin inkişafına müxtəlif formalarda təsir edəcək, lakin bölgədə güc balansını və Bakının hədəflərini nəzərə alanda belə bir perspektiv mümkündür”.
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ
Zəhranın öldüyü qəzada adı hallanan sürücünü hansı CƏZA gözləyir?
Bakıda torpaqların bahalaşması mənzil qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
Su mənbələrindən istifadəyə görə ödənişlər ölkəyə necə təsir edəcək? - AÇIQLAMA










