Zəngəzur dəhlizi 5-8 milyon ton əlavə tranzit imkanları yaradır - RƏSMİ

Zəngəzur dəhlizi Azərbaycan ərazisindən 5-8 milyon ton əlavə tranzit imkanları yaradır.
Avtosfer.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbir zamanı deyib.
Onun sözlərinə görə, bu gün Şimal-Cənub dəhlizi ilə yük daşımaları ildə 0,5 milyon ton təşkil edir, perspektivdə bu göstəricini 4 milyon tona çatdırmaq planlaşdırılır.
"Dəmir yolu ilə ortamüddətli perspektivdə yük daşımalarını 6 milyon tona, uzunmüddətli perspektivdə 20 milyon tona çatdırmaq nəzərdə tutulur", - deyə o bildirib.
Nazir müavini əlavə edib ki, yaxın zamanlarda İranla Azərbaycan sərhədində körpünün tikintisinin başa çatması gözlənilir.
"Bundan başqa, Azərbaycan ərazisi ilə Rusiya sərhədinədək avtomobil yolununun tikintisinin başa çatması gözlənilir. Biz müxtəlif istiqamətlərdə, o cümlədən Zəngəzur dəhlizində avtomobil və dəmir yollarının tikintisini aparırıq. Horadiz-Ağbənd avtomobil və dəmir yolunun 2023-cü ildə tikilməsi planlaşdırılır", - R.Hümmətov deyib.
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər












