Ağcabədidə evdə yanğın - 12 yaşlı yeniyetmə öldü - YENİLƏNİB

Ağcabədi rayonunda baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Rayonun Yuxarı Qiyaməddinli kəndindəki yanğında ölən 2014-cü il təvəllüdlü İmaməddin Şirinov ev sahibinin baldızı nəvəsi imiş.
Azyaşlı eyni kənddən olsa da, təxminən 10 gün əvvəl qohumunun evinə gəlib, ev sahibi olan qadınla birlikdə yaşayırmış. Hadisə gecə saatlarında baş verib.
İlkin məlumata görə, gecə saatlarında qısaqapanma olub. Yanğın qısa müddətdə bütün evə yayılıb və qadın tək olduğundan azyaşlını xilas edə bilməyib.
Nəticədə İ.Şirinov yatdığı otaqda yanaraq ölüb./oxu.az
***10:00
Ağcabədi rayonunda baş verən yanğın zamanı ölən şəxsin kimliyi məlum olub.
Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndindəki fərdi yaşayış evində qeydə alınıb. Yanğın zamanı evdə olan 2014-cü il təvəllüdlü İmaməddin Şirinovun meyiti aşkarlanıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır./oxu.az
***09:30
Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.
FHN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qeyd edək ki, Hüseynova Mahirə Ocaqqulu qızına məxsus fərdi yaşayış evində baş verən yanğın zamanı evdə olan 12 yaşlı Şirinov İmaməddin Ayaz oğlu həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












