Azərbaycanın Milli Qəhrəmanı komaya düşdü - YENİLƏNİB

Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma” İctimai Birliyinin sədri Elşən Uluxanlı məlumat verib.
O bildirib ki, hazırda E.Əliyevin müalicəsi “Yeni Klinika”da aparılır:
“Ehtiram Əliyev ağır vəziyyətdə “Yeni Klinika”ya yerləşdirilib, sonradan durumu daha da ağırlaşdığından Reanimasiya şöbəsinə köçürülüb. Artıq dörd gündür buradadır. Mədəsində problem var. Düzgün müalicə olunmayıb, nəticədə qanaxma baş verib. Dünən həkimlərin dediyinə görə, ağciyərlərində də problem yaranıb, 50 faizi fəaliyyətini itirib. Düşünürük ki, vaxtında düzgün diaqnoz qoyulmayıb və lazımi müalicə aparılmayıb. Nəticədə, vəziyyəti daha da pisləşib. İndi həkimlər deyir ki, hələ ki vəziyyətində heç bir dəyişiklik yoxdur, ağır olaraq qalır”.
Qeyd edək ki, E.Əliyev 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünyaya gəlib. O, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır.
***09:16
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətində problem yaranıb.
Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, Milli Qəhrəman "Yeni Klinika"ya yerləşdirilib.
Məlumata görə, Ehtiram Əliyev vəziyyəti daha da ağırlaşdığından reanimasiya şöbəsinə köçürülüb.
Qeyd edək ki, Ehtiram Əliyev Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. O, 1972-ci il avqustun 1-də Ucar rayonunun Qazyan kəndində dünaya gəlib.
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
Suraxanıda ağac avtomobilin üzərinə aşıb - FOTOLAR
Bu dairədən keçən maşınlar hər gün eyni çuxura düşür - VİDEO












