Bakıda valideynləri dalaşan qız ölümdən döndü

Bakıda valideynlərinin dalaşdığını görən yeniyetmə qız kimyəvi maddə içib.
Avtosfer.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki mənzillərdən birində baş verib. 1968-ci il təvəllüdlü Mahir Əsədov (ad və soyad şərtidir) içkili vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib, nəticədə kişi həyat yoldaşına yumruq zərbələri endirməyə başlayıb. Bu an ailənin yeniyetmə qızı valideynlərini ayırmağa çalışsa da, mümkün olmayıb. Əsəbiləşən qız mətbəxə keçərək orada kimyəvi maddə olan "Domestos" məhlulu içərək özünü zəhərləyib. Hadisədən xəbər tutan ana dərhal təcili tibbi yardım briqadasının köməyi ilə qızını xəstəxanaya çatdırıb. Həkimlərin səyi nəticəsində yeniyetmə qızı həyata qaytarmaq mümkün olub.
Hadisə yerinə polis əməkdaşları gəlib və Mahir Əsədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə M.Əsədova bir il azadlığın məhdudlaşdırılması cəzası verilib.
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO
İşıq dirəkləri olan qəsəbə illərdir qaranlığa qərq olub - VİDEO
Şirvanda dəhşət : Daha bir itin boğazına ip keçirib öldürdülər - VİDEO












