Güclü külək Qax və Zaqatalada fəsadlar törətdi - FOTOLAR

Qax rayonunda müşahidə olunan güclü külək bir sıra yaşayış məntəqələrində fəsadlara yol açıb.
Avtosfer.az xəbər verir ki, rayonun Qorağan, Turaclı, Marsan və Çüdülü kəndlərində 30-a yaxın ağac aşıb. Həmçinin 5 yardımçı tikili və mal tövləsinin dam örtüyünə ziyan dəyib.
Güclü küləyin təsirindən çoxsaylı iri gövdəli ağaclar kökündən qoparaq aşıb, elektrik və rabitə dirəkləri zədələnib, naqillər qırılıb. Bəzi ərazilərdə qaz xətlərinə də ziyan dəyib.
Baş verən hadisə nəticəsində Marsan, Turaclı və Çüdülü kəndlərində elektrik enerjisinin, internet xidmətinin və təbii qazın verilməsində fasilələr yaranıb. Hazırda aidiyyəti qurumların əməkdaşları qəzaların nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görür.
Güclü külək Zaqatala rayonunda da fəsadsız ötüşməyib. Rayonun müxtəlif ərazilərində ağaclar aşıb, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsi müvəqqəti dayanıb. Aidiyyəti xidmətlər yaranmış problemlərin aradan qaldırılması üçün ərazilərdə işləyirlər.
Hazıırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.






Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO
Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO












