Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi - FOTO

Rusiyanın Yekaterinburq şəhərində Ural Federal Universitetinin müəllimi Yuliya Volkovanın paylaşımı qalmaqal yaradıb.
Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən müəllim sosial şəbəkələrdə azərbaycanlı keçmiş tələbəsinin 6 yaşlı qızının fotosunu paylaşaraq xoşagəlməz ifadələr işlədib.
“Azərbaycanlı ailələr məni bağışlasın. Lakin məni bir sual narahat edir: nəyə görə belə gözəl insanların bu cür çirkin uşaqları olur?”, - deyə o, sosial şəbəkə hesabının hekayə bölümündə bildirib.
Volkovanın bu paylaşımı qalmaqala səbəb olub. Təhqirə məruz qalan azyaşlının anası məsələ ilə bağlı prokurorluğa müraciət edib.
Yerli mediaya açıqlama verən müəllim isə bu addımı ilə kimisə təhqir etmək niyyətində olmadığını və bu cür reaksiya doğuracağını gözləmədiyini deyib: “Mən universitetdə işləyirəm, uşaqları da çox sevirəm. Kimisə təhqir etmək və alçaltmaq niyyətim olmayıb. Paylaşımı da geniş ictimaiyyət qarşısına çıxarmaq istəmirdim, hesabım qapalıdır. Əlbəttə, valideynlərin buna münasibət bildirməyə haqqı var, lakin onların reaksiyası bir qədər həddən artıq görünür”.
Ural Federal Universitetinin Mətbuat xidmətinin açıqlamasına görə isə təhsil müəssisəsinin Etika üzrə Komissiyası müəllimin davranışı ilə bağlı araşdırma aparacaq.

Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












