Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb - FOTO

Hadisə 22 İyul 2026 23:59
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşüb - FOTO
WhatsApp kanalımıza abunə olun

Salyan rayonunda 26 yaşlı çoban 85 baş qoyun-quzu ilə birlikdə itkin düşüb.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2000-ci il təvəllüdlü Ramiz İlkin oğlu Rüstəmov özlərinə məxsus 85 baş qoyun-quzunu otarmaq üçün örüş sahəsinə aparsa da, geri qayıtmayıb.

Yaxınlarının bildirdiyinə görə, hadisə iki gün əvvəl baş verib və gəncdən həmin vaxtdan etibarən heç bir xəbər almaq mümkün olmayıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda Ramiz Rüstəmovun yerinin müəyyən edilməsi istiqamətində araşdırma və axtarış tədbirləri davam etdirilir.

FOTO QALEREYA
Oxunub : 280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh